Azərbaycanın ilk mobil operatoru olan Bakcell, böyük məmnuniyyətlə şirkətin geniş müştəri və biznes tərəfdaşları kütləsi üçün nəzərdə tutulan yeni korporativ nəşrinin - “055” jurnalının buraxılışını elan edir. Müştərilərin məlumatlandırılması və Bakcell ticarət nişanının tanınmasına yönəldilmiş bu jurnal şirkətin fəaliyyətini, yeni məhsul və xidmətlərini, eləcə də Azərbaycanda və dünyada mobil texnologiyalar barədə ən son faktları və maraqlı xəbərləri işıqlandıracaq.Bakcell inanır ki, uğurlu müştəri xidmətinin əsasında müştərilərin məlumatlılığı dayanır. Buna görə də şirkət müştərilərinin durmadan artan tələblərinə cavab vermək üçün daima yeni layihələr həyata keçirir. “055” jurnalının yaranması ideyası ölkəmizdə və bütün dünyada mobil telekommunikasiya sektorunun sürətli inkişafı və potensialı ilə bağlıdır. Ümid edirik ki, “055” jurnalı bütün mobil telekommunikasiya bazarındakı yeniliklər və ən son texnologiyalar barədə bütün mobil telefon istifadəçiləri üçün əsl bələdçiyə çevriləcək.İyulun 27-də “Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi”nin könüllülərinin dəstəyi ilə “055” jurnalının ilk buraxılışının yayılması üçün Bakcell şirkəti Bakının mərkəzində aksiya keçirib və jurnal şəhər sakinlərinə paylanıb. 100.000 tirajla nəşr edilmiş jurnalın ilk sayı həmçinin Bakıda və rayonlarda yerləşən bütün Bakcell ticarət nişanlı satış və xidmət nöqtələrində, eləcə də diler məntəqələrində pulsuz əldə edilə bilər. Qeyd etmək lazımdır ki, Bakcell şirkəti öz müştərilərinə bütün ölkə üzrə 220-dən artıq xidmət və satış nöqtələri vasitəsilə yüksək keyfiyyətli xidmətlər göstərir. Jurnalın 1-ci buraxılışında “Bakcell-də nə kimi yeniliklər var?”, “VİP müştəri olmaq üçün nə etmək lazımdır?”, mobil telekommunikasiya bazarında baş vermiş və baş verəcək hadisələr, ən son texnoloji yeniliklər və s. kimi maraqlı mövzular əhatə edilib. Jurnalın oxucuları həmçinin müxtəlif müsabiqələrdə iştirak edib, Bakcell-dən və digər tanınmış şirkətlərdən qiymətli mükafatlar qazanmaq imkanını əldə edəcəklər. Məsələn, ilk buraxılışda oxucular Apple şirkətinin məhsullarını hədiyyə olaraq qazana bilərlər.Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer jurnal haqqında bunları deyib: “Bu gün Bakcell-in 2.5 milyondan artıq aktiv abunəçisi var və onların sayı gündən günə artmaqdadır. Biz müştərilərimizə ən yüksək səviyyəli xidmətləri göstərmək üçün əlimizdən gələni edirik. Məqsədimiz Daha Yaxın olmaqdır və mən inanıram ki bu jurnal bizi müştərilərimizə daha bir addım yaxınlaşdıracaq”.Hamınızı Bakcell jurnalını oxumağa və mobil telekommunikasiya dünyasına daha yaxın olmağa dəvət edirik! Jurnalın elektron versiyasını əldə etmək üçün http://www.bakcell.com/Bakcell_Jurnal.pdf veb səhifəsinə müraciət etmək olar.Bakcell şirkəti və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün xahiş edirik, 555-ə zəng edin.Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.