Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Qlobal Biznes və Texnologiyalar Assosiasiyası (GBATA) və ADA Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən 16-cı Beynəlxalq Konfransın baş sponsorlardan biri oldu.
Konfransın əsas məqsədi biznes və texnologiyaların idarə edilməsi sahəsində mövcud olan problemlər və nailiyyətlərə dair müxtəlif mövzuları əhatə edən təqdimatlar vasitəsilə ən son məlumatın mübadiləsini asanlaşdırmaq məqsədilə xüsusi beynəlxalq forumun təşkil edilməsidir.
“Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyiş” mövzusunda keçən konfransın əsas məqsədi ictimai/şəxsi sənaye və təşkilatların qarşılaşdığı problemlərə dair fikir mübadiləsini təşviq etməkdir. Konfrans çərçivəsində plenar sessiya, təqdimat, təhlil, dəyirmi masa, seminar və forumlar keçirilmişdir.
Konfransda 50-dən çox ölkədən 400-ə yaxın tanınmış alim və biznes mütəxəssisləri iştirak etmiş və öz universitetlərində keçirilən yüksək səviyyəli qlobal biznes və texnologiyaların idarə edilməsinə dair tədqiqatlar barədə müzakirələr aparmışdır.
Azərbaycan informasiya və kommunikasiya texnologiyaları vasitəsilə biznes və texnologiya sahəsində böyük nailiyyətlərə imza atmaqdadır. Ən yüksək texnologiyaları mobil kommunikasiya sahəsində tətbiq etməklə, Bakcell şirkəti bu inkişafda öz fəal iştirakı ilə qürur duyur.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.