Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti öz müştərilərinə daha bir xoş sürprizini təqdim edir. Bu dəfə Bakcell abunəçiləri sözün əsl mənasında ürəkləri istədikləri qədər danışacaqlar. Sadiqliq müştərilərinə təşəkkür əlaməti olaraq, şirkət Bir Günlük Xüsusi Kampaniya elan edir. Bu kampaniya abunəçilərə gərgin cümə günü ərzində pulsuz danışıq dəqiqələrindən yararlanmaq imkanı verəcək. Bir Günlük Kampaniya çərçivəsində Bakcell abunəçiləri şəbəkədaxili zəngin hər dəqiqəsinə görə 2 pulsuz dəqiqə əldə edəcəklər. Bundan əlavə, həmin gün zənglərin bir dəqiqəsi sadəcə 0.03 AZN-ə başa gələcək və hər şəbəkədaxili zəngin bir dəqiqəsi üçün 2 pulsuz dəqiqə hədiyyə ediləcək.
Bakcell-in bütün CIN, Klass və Gold individual abunəçiləri bu inanılmaz fürsətdən yararlana biləcəklər. Bunun üçün müştərilər sadəcə zəng etdikləri Bakcell nömrəsinin qarşısında *055 yığıb ürəkləri istədiyi qədər danışa biləcəklər. Kampaniya yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Pulsuz dəqiqələr ancaq cari zəng daxilində istifadə oluna bilər və digər zəngə köçürülə bilməz.
Bakcell şirkəti öz müştərilərinə sərfəli tariflər və yüksək keyfiyyətə əsaslanan ən yüksək səviyyəli xidmətlər təqdim etməkdə davam edir. Bakcell-in sərfəli tarif paketləri və son vaxtlarda təqdim etdiyi “HədsizCIN”, “QazanCIN”, “Yatma danış”, “Yatma yazış”, “Pulsuz SMS Günü”, “Pulsuz MMS Günü”, “Ramazan ayı Sovqatı” kampaniyaları, bütün abunəçilərin ehtiyacları nəzərə alınmaqla təşkil edilib və onlara daima ünsiyyətdə olmaq imkanı verir.
Bakcell-lə sevdiklərinizə daha yaxın olun, ünsiyyətin zövqünü yaşayın və Bakcell-dən yeni xoş sürprizləri gözləyin!
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.