download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell şirkətinin dəstəyi ilə Xəzər Universitetində "21-ci əsrin pəncərəsindən mədəniyyət və kimlik" beynəlxalq simpoziumu keçirildi
    09.06.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu ilə Xəzər Universitetində Türkiyənin Erciyes Universiteti ilə birgə təşkil olunan beynəlxalq simpozium keçirildi. "21-ci əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda keçirilən simpoziumun işində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Ukrayna, Latviya, Macarıstan, ABŞ, Hindistan və Avstraliyadan olan alim və mütəxəssislər, media mənsubları iştirak ediblər. Simpoziumda dəyişməkdə olan çağdaş dünyada kimlik məsələsi ətrafında, o cümlədən xalqın varlığının formalaşmasında, inkişafında, inteqrasiyasında və yaxud assimilyasiyasında mədəniyyətin rolu barədə müxtəlif müzakirələr aparılıb. Bu simpoziumun əsas məqsədi kimlik və mədəniyyətlə əlaqədar problemləri, kimliyin mədəniyyətə və mədəniyyətin kimliyə təsir yollarını araşdırmaqdır. Simpozium çərçivəsində məruzələr əsasən Dil və Ədəbiyyat, Tarix, Sosiologiya, Tibb və səhiyyə, Teologiya, İncəsənət, Dizayn və Memarlıq, Kütləvi İnformasiya Vasitələri mövzusunda olub. Bakcell şirkəti elmin inkişafı istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlayır və simpoziumun təşkil olunmasında zəhmətini əsirgəməyən bütün şəxslərə təşəkkürünü bildirir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.