download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell-in SMS Viktorinasına qoşul və Porsche Cayenne qazan!
    04.02.2011

    Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti müştərilərinə sürprizlər etməkdə davam edir. Şirkət SMS Viktorina kampaniyasına start verib. Kampaniya Bakcell abunəçilərinə Porsche Cayenne avtomobilini və digər qiymətli hədiyyələri qazanmaq imkanını yaradacaq. Cin, Klass və Gold fərdi abunəçiləri daxil olmaqla, bütün Bakcell abunəçiləri viktorinada iştirak edə bilərlər. Viktorinaya qoşulmaq istəyənlər 333 qısa nömrəsinə SMS göndərib, qısa suala cavab verərək, hər gün 1000 AZN və hər həftə 2000 AZN qazanmaq imkanını əldə edəcəklər. Gündəlik və ya həftəlik hədiyyəni qazanmaq üçün abunəçi gün və ya həftə ərzində ən azı 1 SMS göndərməlidir. Kampaniya müddətində ən çox SMS göndərən abunəçilərin Porsche Cayenne avtomobilini qazanmaq şansları artır. SMS Viktorina 70 gün ərzində davam edəcək və 11 aprel 2011-ci il tarixində başa çatacaq. SMS Viktorinası barədə daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmazsa, www.smsquiz.bakcell.com səhifəsinə daxil olun və ya 555 nömrəsinə zəng edin. Qeyri - Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.