download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    İndi Klass abunəçiləri bütün Bakcell-lə "Sevimli nömrələri” kimi danışa biləcəklər
    01.09.2011

    Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə Klass abunəçiləri üçün daha bir möhtəşəm kampaniyasını təqdim edir. “Klass – Öz Aramızda” adlanan yeni Kampaniya çərçivəsində sentyabırın 1-dən 30-dək bütün Bakcell nömrələri Klass abunəçiləri üçün “Sevimli nömrələr” olacaq. Bir ay ərzində Klass abunəçiləri sadəcə beş nömrəyə deyil, bütün Bakcell abunəçilərinə öz Sevimli Nömrələri kimi həm zəng edə, həm də SMS göndərə bilərlər.  Kampaniyaya bütün Klass abunəçiləri qoşula və bir ay ərzində istənilən Bakcell nömrəsinə dəqiqəsi 2 qəpik tarifi ilə zəng edə və cəmi 1 qəpiyə SMS göndərə bilərlər. Kampaniyada iştirak etmək üçün abunəçi öz mobil telefonundan {{buttons “*115#1#C”}} nömrəsini pulsuz yığmalıdır. Xidmətə gündəlik abunə haqqı 20 qəpik təşkil edir. Bakcell-in Klass abunəçiləri kampaniyada iştirak edərkən ayılıq bonusları almaqda davam edəcəklər.  Klass abunəçiləri üçün mövcud olan sərfəli SMS və İnternet bonus paketləri ilə yanaşı, təqdim olunmuş bu yeni kampaniya bir daha sübut edir ki, Klass-ı seçmək düzgün qərardır. Klass daha çox ünsiyyətdə olan və xərclərini daim nəzarətdə saxlamaq istəyən abunəçilər üçün ən yaxşı təklifdir. Bakcell-lə rahat ünsiyyətin zövqünü yaşayın! Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.