download bakcell application logo

Backcell
Backcell
“ALIB YOXLA! TAPIB TOPLA!” lotereyasının son günləri
06.02.2012

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti Yeni İl ərəfəsində öz müştərilərini sevindirmək üçün “ALIB YOXLA! TAPIB TOPLA!” ani-stimullaşdırıcı lotereya keçirməsinə start vermişdi. Lotereyanın mükafat fondunu 100.000 hədiyyə təşkil edib. Əsas hədiyyə isə Mercedes-Benz C250 AMG idman paketli avtomobil idi. Lotereyanın  2011-ci ilin dekabrın 10-dan – 2012-ci ilin yanvarın 10-na kimi keçirilməsinə baxmayaraq avtomobili qazanmaq üçün toplanılan uduşlu kartların təqdim edilməsi fevralın 11-nə kimidir. Digər hədiyyələrin uduşlu kartları isə lotereyanın bitdiyi tarixdən etibarən 90 (doxsan) iş günü ərzində təqdim edilə bilər.  Diqqət! Hörmətli abunəçilər, lütfən, əlinizdə olan avtomobilin uduşlu kartlarını 2012-ci ilin fevralın 11-nə kimi təqdim edin. Bu tarixdən sonra avtomobilin uduşlu kartları qəbul edilməyəcək.