Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti dünyanın ən məhşur futbol klubu olan Mançester Yunayted ilə əməkdaşlıq etməkdədir.
Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim edir. 2.6 milyondan çox Bakcell müştərisi artıq eksklyuziv kontentdən yararlanır və Mançester Yunayted-ə daha yaxındır.
Bu misilsiz tərəfdaşlıq çərçivəsində Bakcell şirkəti bütün müştərilərinə və Azərbaycan əhalisinə geniş çeşidli Mançester Yunayted kontentini təqdim etməyə başlayıb.
Bakcell-in Mançester Yunayted emblemli SİM kartlarının xüsusi buraxılışı şirkətin bütün abonentlərinə, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə ilk sürprizidir. Brend tərtibatlı SİM kartlar artıq ölkənin bütün Bakcell dükanlarında əldə oluna bilər.
Bu unikal fürsətdən yararlanmaq və "Qırmızı şeytanlar" əhvalını hiss etmək istəyən bütün abonentlər həmin SİM kartlardan birini əldə edə bilərlər.
SİM kartlarının xüsusi buraxılışı CIN, Klass və Sür@ (internet) kartlarını əhatə edir. Bakcell həmçinin abonentlərə CIN, KLASS və GOLD nano SIM kartlarını təklif etməkdədir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.