download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Ulduzlar Liqasını qarşılayın” beynəlxalq mükafata namizəd seçilib
    07.08.2013
    “Ulduzlar Liqasını qarşılayın” beynəlxalq mükafata namizəd seçilib

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Ulduzlar Liqasını qarşılayın” reklam çarxı Ukraynada keçirilən 14-cü Kiyev Beynəlxalq Reklam Festivalının “Kompleks reklam kampaniyaları və proqramlar” kateqoriyası mükafatçılarının qısa siyahısında (“short list”) yer alıb. Bu reklam çarxı özündə mobil telekommunikasiya ilə futbolu, eyni zamanda “Bakcell”in müştəri xidmətləri ruhu ilə futbol ulduzlarının gücünü və yumorunu birləşdirir, müştəri xidmətləri işinin çətinliyini və maraqlılığını futbol ulduzlarının köməyilə əks etdirir. “Müştəri məmnuniyyəti bizim işimizin çox vacib bir hissəsidir. Bakcell şirkəti müştəri xidmətlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılmasına mütəmadi olaraq sərmayə yatırır. “Mançester Yunayted”lə əməkdaşlıq isə regionun ən böyük və maraqlı marketinq layihələrindən biridir. Bizim cəmi 10 ay əvvəl başlanan əməkdaşlığımız çərçivəsində “Mançester Yunayted” oyunçularının iştirakı ilə  2 reklam çarxı ərsəyə gəlib və onların hər biri böyük maraqla qarşılanıb”, deyə “Bakcell”in baş marketinq direktoru Aynur Abjanova bildirib. “Mançester Yunayted” klubu ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn reklam çarxının ideyası  “McCann Baku” şirkətinə məxsusdur.    Rejissor Mona El Mansuri tərəfindən Mançester şəhərində çəkilən reklam çarxı “Mançester Yunayted”in ulduz futbolçuları Rio Ferdinand, Rayan Qiqqz, Patris Evra və digərlərini tamamilə fərqli rolda təsvir edir. “Əlbəttə ki, “Bakcell”in bu layihəsi bütün MDB ölkələrinin marketinq bazarı üçün misilsiz bir hadisədir. Bu tərəfdaşlığı əks etdirən çarx isə, sadəcə futbol ulduzlarının bir yerdə toplandığı bir reklam məhsulu deyil. Bu reklam çarxı vasitəsilə Bakcell öz abunəçilərinə mükəmməl xidmət göstərmək üçün inanılmaz bir şey etməyə qadir olduğunu vurğulayır. Tam əminliklə demək olar ki, belə bir çarxın təqdim olunması “Bakcell”in marketinq bazarında yeniliklərə can atmasından, ümumiyyətlə, Azərbaycanın reklam sahəsinin inkişafına təkan verməsindən xəbər verir”, deyə “McCann Baku” şirkətinin icraçı direktoru Elnur Nurəliyev bildirib. Qeyd edək ki, “Ulduzlar Liqasını qarşılayın” reklam çarxı Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədilə mak.az online marketinq jurnalı tərəfindən keçirilən “İlin ən yaxşı TV reklam çarxı” müsabiqəsinin qalibi seçilib. Bu layihənin keçən ilki qalibi də “Sür@ hədlərini aşaraq” adlı reklam çarxı ilə məhz Bakcell şirkəti olmuşdu.  *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.