download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    MoMo-nun növbəti görüşü təşkil olundu
    26.09.2012
    MoMo-nun növbəti görüşü təşkil olundu

    24 sentyabr 2012 tarixində Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xəzər İnvestisiya Mərkəzi ilə birgə növbəti MobileMonday (MoMo) görüşünü təşkil etdi. Hyatt Regency Hotelində keçirilmiş bu görüş “Start-ups” adı altında keçdi və mobil texnologiyalarının inkişafı ilə bağlı layihələrin müzakirəsinə həsr olunmuşdur. MoMo-nun Azərbaycanda əsas məqsədlərindən biri, mobil texnologiyaları sektorunda hər-hansı yenilikçi ideyanı dəstəkləməkdir. Bunun üçün, MoMo müxtəlif yerli və beynəlxalq mobil bazarlarında meydana çıxan texnoloji yenilikləri Azərbaycanda təqdim edir və beləliklə ölkədə mobil texnologiyalar üzrə yeni layihələr və tətbiqetmələrin işlənməsinə nail olmaq niyyətindədir. Mobil texnologiyalarla bağlı istənilən yeni layihə və proqramın həyata keçirilməsi üçün böyük investisiya, yaradıcı ideya və düzgün tərtib edilmiş biznes plan tələb olunur. Buna görə də bu tədbirin əsas məqsədi bu cür mobil layihələrin Azərbaycanda inkişaf etdirilməsinin mümkünlüyünü araşdırmaq və sərmayeçi və tərtibatçı arasında əlaqə yaratmaqdan ibarətdir . Görüşün moderatorları Şaiq Muradov və Amid Quliyev oldular. Onlar görüşün iştirakçılarını Azərbaycanda mobil texnologiyalarla bağlı yeni layihələrin perspektivləri və onların maneəsiz inkişafı üçün tələb olunan olan tədbirlər haqqında məlumatlandırıblar. Görüş, həmişə olduğu kimi, sual-cavab paneli ilə davam etdirilmişdir. Bundan əlavə, Bakcell şirkəti bütün tərtibatçıları müsabiqədə iştirak etməyə dəvət etmişdir. Müsabiqə iştirakçıları öz məhsullarını 3 ay müddətində hazırlayıb təhvil verməlidirlər. Qaliblər Bakcell və MoMo üzvlərindən ibarət olan komitə tərəfindən seçiləcək və MoMo-nun Mart görüşü zamanı elan ediləcəklər. Qaliblər, pul mükafatları ilə yanaşı, Bakcell şirkəti üçün tətbiqetmələrin hazırlanmasında istirak etmək, və MoMo görüşlərində çıxış etmək imkanını əldə edəcəklər. Müsabiqə haqda daha ətraflı buradan tanış ola bilərsiniz: http://www.slideshare.net/Bakcell/applications-competition-for-developerswww.mobilemonday.az və ya www.momo.az internet səhifələrindən “Mobile Monday Baku” haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. *** Mobile Monday 2000-ci ildə Finlandiyanın Helsinki şəhərində fəaliyyətə başlayıb. Hal-hazırda Mobile Monday (MoMo) müxtəlif ölkələrin mobil sənaye bazarında rəhbərlər, istehsalçılar və mobil sənayenin nüfuzlu şəxsləri üçün fərqli əməkdaşlıq və biznes imkanları verən açıq platformadır.. Bakı Mobile Monday şəbəkəsinə 2011-ci ildə qoşularaq, 123-cü Mobile Monday şəhəri olmuşdur.