Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə müasir Azərbaycan ədəbiyyatı səhnəsinin ən nüfuzlu layihəsi hesab edilən Milli Kitab Mükafatının (MKM) baş sponsoru olduğunu artıq elan etmişdi.
2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilən və qısa müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğuran Milli Kitab Mükafatı növbəti seçimlərinə başlayır.
Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə layihəyə rəsmi start verildi, münsiflər heyətinin tərkibi açıqlandı. Münsiflər Heyətində Azərbaycanın nüfüzlu şəxsiyyətləri təmsil olunur.
Layihənin baş sponsoru Bakcell şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer Bakcell-in Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına dəstək göstərdiyini və bu sahədə ən vacib təşəbbüslərdən biri olan Milli Kitab Mükafatınıyüksək qiymətləndirdiklərini bildirdi:“Bakcell Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqətlə yanaşır. Bizim indiyə qədər həyata keçirdiyimiz bir çox böyük mədəni layihələr buna sübutdur. Bakcell artıq 2-ci dəfədir ki, MKM-nin rəsmi tərəfdaşı olmaqdan və müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfə verməkdən məmnunluq duyur”.
Tədbirdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli bildirib ki, növbəti illərdə milli ədəbiyyatımızın müasir inciləri hesab edilən ədəbi əsərlər yarada biləcək müəlliflər kəşf ediləcək: “Keçən il baş tutan MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”.
Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.
Mükafatın qalibləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafat alacaq, eləcə də, şeir və uşaq ədəbiyyatı üzrə nominasiyalar təsis olunacaq.
MKM-2012 daha bir yeniliklə seçiləcək. Belə ki, bu il qalib əsərlər ənənəvi kitabı formatından əlavə həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək.
Əsərlər noyabrın 16-dək MKM-ə elektron (
[email protected]) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-nin təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300, ən yaxşı gənc yazara 300 və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.
Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmalı deyil. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.
Layihə ilə bağlı ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrindən www.bakcell.com www.facebook.com/bakcell, eləcə də www.mkm.az və www.alinino.az səhifəsindən əldə edə bilərsiniz.
***
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.