download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Bakcell”dən yeni Klass M tarifi: həftədə cəmi 2 AZN
    25.07.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni həftəlik Klass Klass M tarif paketini təqdim edir. Klass M tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və “WhatsApp”dan pulsuz yararlanmaq imkanı qazandırır. Bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq kifayətdir. “Klass tarifinə qoşulan Bakcell abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin müxtəlif mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərlqi abunəçi qrupları üçün fərqli Klass paketləri təqdim edirik”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. Bu, müxtəlif Klass tarif paketlərinin istifadəçiləri yaradılan ilk imkan deyil. Hazırda bütün Klass abunəçiləri səs bə mobil data xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət edə və istədikləri qədər ünsiyyət qura bilirlər. Bununla yanaşı, Klass abunəçilərı hazırda “Whatsapp” mobil tətbiqindən pulsuz istifadə edirlər.   *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.