Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, öz abunçələrinin tələbatını nəzərə alaraq onlara geniş çeşidli məhsullar təklif etməkdədir. Ölkə ərazisinin 92%-ni əhatə edən (işğal olunmuş ərazilər istisna olmaqla) Bakcell şəbəkəsi Azərbaycanın ən ucqar nöqətələrində belə yeni baza stansiyaları quraşdırmaqla əhalini yüksək keyfiyyətli mobil rabitə ilə təchiz edir. Bununla yanaşı, xüsusi olaraq regionlarda yaşayan əhali üçün yaradılan DoğmaCİN tarif planı əhalinin Bakcell xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etməsinə imkan yaradır. İstifadəyə verildiyi gündən çox böyük marağa səbəb olan və hazırda regionlar üçün ən sərfəli tarif planı sayılan DoğmaCİN əhatə dairəsini daim genişləndirməkdədir. DoğmaCİN-in daha geniş əhali kütlələrinə çatdırılması məqsədilə Bakcell bu tarif üçün yeni reklam kampaniyasına start verib. Bu kampaniya çərçivəsində Bakcell-in siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə respublikanın müxtəlif bölgələrində televiziya çarxları çəkilib. Qeyd edək ki, Bakcell-in bir müddət əvvəl regionlarda əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, D.Əliyeva respondentlər tərəfindən ən məşhur və inanılan incəsənət və nümayəndəsi və aparıcı kimi qiymətləndirilib.Layihə çərçivəsində D. Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və DoğmaCİN tarifinin üstünlüklərini nümayiş etdirəcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, sur@ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.