Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq abunəçiyə gündəlik istifadə olunan məbləğin yarısını növbəti gün geri qaytaran yeni tarif- GəlirliCIN tarifini təqdim edir.
Bu tarifə qoşulan Bakcell abunəçiləri hər gün balansdan ölkədaxili danışıq, SMS və MMS üçün istifadə etdikləri məbləğlin 50%- ni növbəti gün bonus şəklində geri alacaqlar. Beləliklə, hər gün sərf olunan məbləğin yarısı növbəti gün istifadə olunması üçün bonus şəklində geri qaytarılır. Abunəçilər bu tarifə görə aldıqları bonusları istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması üçün istifadə edə bilərlər. Ölkədaxili istifadə üçün əlavə olunan bonusun istifadə müddəti 1 gün təşkil edir və hər gün abunəçi ötən günün sərfiyyatına uyğun yeni bonusunu alır.
Bakcell abunəçiləri {{buttons "*138*3#C"}} kodunu yığmaqla GəlirliCIN tarifinə qoşula bilərlər. Yeni abunəçilər nömrə aldıqları gün {{buttons "*138*3#C"}} yığmaqla GəlirliCIN tarifinə pulsuz şəkildə qoşula bilərlər. Bu tarif barədə ətraflı məlumatı əldə etmək üçün {{buttons "5504"}} qısa nömrəsinə zəng edin və ya boş SMS göndərin və yaxud www.bakcell.com internet səhifəsinə baş çəkin .
GəlirliCIN tarifindən yararlanın və pulunuza qənaət edin!
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.