download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-dən NOKIA LUMIA smartfonları
    26.04.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Sür@ ticarət nişanı altında ən mükəmməl 3G mobil internet xidmətlərini göstərən Bakcell, böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir. Bakcell Nokia ilə birlikdə bütün CİN istifadəçilərinə yeni Nokia Lumia smartfonlarını xüsusi şərtlərlə əldə etmək imkanı yaradır. 25 Aprel 2013-cü il tarixindən etibarən, aşağıda göstərilən Nokia Lumia smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi, telefona verdiyi pulun yarısını 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaq. Nokia Lumia 520 Nokia Lumia 620 Nokia Lumia 720 Nokia Lumia 820 Nokia Lumia 920 Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilər bilər, və Bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 10 AZN yüklənməlidir.  Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar. Bonuslar, kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi, təklif olunan smartlfon modellərindən birini seçib balansa 300 manata qədər bonus almaq imkanını əldə edəcəkdir. Kampaniyada iştirak edən telefonlardan birini Bakcell-in istənilən diler mağazasından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər: *** Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell,  ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.