download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell” MMC-nin ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub
    02.03.2015
    “Bakcell” MMC-nin ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” MMC şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən  kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində qısa müddət ərzində tutulub. Həbs olunan şəxslər  öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını  etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır. Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə  azadlıqdan məhrumetmə  cəzası gözləyir. “Bakcell” MMC bildirir ki, şirkətin  ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub  və yüksək keyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin  qarşısını almaq məqsədilə  siqnalizasiya və sair yüksək texniki vasitələrdən  istifadə olunur. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.