download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-dən Samsung smartfonları
    21.05.2013
     Bakcell-dən Samsung smartfonları

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir.  Bakcell şirkəti Samsung Electronics şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Baku Electronics ilə birgə bütün CİN abunəçilərinə xüsusi şərtlərlə ən yeni Samsung telefonlarını almaq imkanını təklif edir. May ayının 15-dən etibarən Baku Electronics mağazalarından aşağıda qeyd olunan Samsung Smartfonlarından birini əldə edən bütün cari və yeni CİN abunəçiləri 1 il ərzində PULSUZ Zəng, SMS, MMS və İnternetdən yararlanacaqlar: Samsung-I9500 Samsung-I9082 Samsung-I9100 Samsung-I9300 Samsung-N7100 Samsung-I8190 250 şəbəkədaxili dəqiqə/250 SMS/250 MMS -dən ibarət olan aylıq bonus paketi şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə oluna bilər.  Aylıq bonus paketini almaq üçün balansa hər ay ən azı 15 AZN yüklənməlidir.  Bundan əlavə, Bakcell abunəçiləri hər ay 250 Mb İnternet trafiki hədiyyə olaraq əldə edəcəklər. Bu misilsiz təklifdən Baku Electronics-dan kampaniyada iştirak edən Samsung Smartfonlarından birini əldə edən bütün CİN abunəçiləri yararlana bilər.