Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA ilə birlikdə “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçimi davam etdirir.
6-7 may tarixlərində Tovuz şəhərində keçirilən seçim turunda ümumilikdə 57 nəfər uşaq iştirak edib. Seçilən uşaqların adları: Əhmədov Eşqin, Nuriyev Cahid və Heydərli Cavid.
9-10 may tarixlərində Gəncə şəhərində isə seçim turunda 136 uşaq öz bacarıqlarını sınayıb. Onlardan 9- u seçim turundan müvəffəqiyyətlə keçiblər. Seçilən uşaqların adları: Çopurov İmran, Fərəci Nihat, Məmmədov Zərrər, Qəhrəmanov Ələddin, Səmədov Ümid, Abbasov Əli, Məmmədov Orxan, Kərimov Sənan, Qəribov Vasif.
Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilir.
Seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatıla bilərlər. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetirilir. Ödənişsiz əsaslarla keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
Şəhər
Ünvan
Tarix
Saat
Qax
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu
11 may
14:00 – 18:00
Sumqayıt
Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu
14 may
14:00 – 18:00
Bakı
Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə, “Bayıl Arena” stadionu
18 may
09:00 – 13:00
Seçimdən müvəffəqiyyətlə keçən 32 uşaq AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.
Onu da qeyd edək ki, seçimdə Azərbaycanın müxtəlif klublarının seleksioner məşqçiləri iştirak etdiyi səbəbindən, uşaqların Azərbaycan klublarından da təkliflər almaq şansları var.
Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.