download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı
    23.05.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı. Bu seçimdən müvəffəqiyyətlə keçən 32 nəfər uşaq (Bakı-10 nəfər, Gəncə-9 nəfər, Qax-3 nəfər, Sumqayıt-7 nəfər, Tovuz-3 nəfər) "Mançester Yunayted" Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək Bakı Peşəkar Futbol Klubunun bazasında keçiriləcək təlimlərdə iştirak edəcək. Yay futbol məktəbində yüksək nəticələr nümayiş etdirən 5 uşaq isə Mançesterə səfərə yollanacaq.  Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilib. Seçim zamanı  daha çox uşaqların texniki xüsusiyyətlərinə diqqət yetirilib. Keçən il Mançesterdə təlim keçmiş Əliyev Xəyal, Məhərrəmli Samir və Abdurrahmanov Zeynəddin bu il də seçim turlarında yüksək nəticələr nümayiş etdirərək qalib olublar. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.  Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.