Avqust ayının 27-dən başlayan və Noyabrın 4-ə kimi aktiv olacaq “Sən də Mersedes Sür” SMS yarışmasına qoşulan hər bir iştirakçı dəyərli pul mükafatları ilə yanaşı əsas priz Mersedes GLK avtomobilini qazanmaq imkanı əldə edəcəkdir.
Yarışmaya qoşulan hər bir iştirakçı avtomobil uğrunda mübarizə ilə yanaşı gündəlik və həftəlik pul mükafatları qazana biləcəklər.
Belə ki, gün ərzində ən fəal 60 yarışmacı hər biri 500 AZN, həftə ərzində ən fəal 9 iştirakçı hər biri 1000 AZN qazana biləcək. Bundan əlavə, yarışma dövründə hər biri 750 AZN dəyərində olan 5 ədəd xüsusi pul mükafatı da öz sahiblərini tapacaqdır.
Yarışmanın iştirakçısı olmaq istəyən hər bir Bakcell abunəçisi 111 qısa nömrəsinə boş SMS göndərməklə bu unikal fürsətdən yararlana biləcəkdir. Göndərilən hər bir SMS-in dəyəri 0.79 AZN-dir (ƏDV daxil). Servisi deaktivləşdirmək üçün 222 qısa nömrəsinə boş SMS göndərmək kifayətdir. Yarışma haqqında ətraflı məlumatı 111.bakcell.com ünvanından və ya {{buttons "2525"}} -ə zəng edərək əldə edə bilərsiniz (bir zəngin qiyməti 5 qəpikdir).
***
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər