download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    SMS Görüş - Bakcell-dən yeni anonim SMS xidməti
    05.02.2009

    Telefonunuzla yeni dostlar tapın və hətta sevgi macərasını yaşayın. SMS Görüş tam anonim SMS yazışma imkanıdır. Siz adınızı və telefon nömrənizi gizli saxlayaraq istədiyiniz adla yazışa bilərsiniz. SMS Görüş xidmətinin aktiv edilməsi 6916 nömrəsinə boş SMS göndərin Cavab mesajında yazışmaq üçün hansı dildən istifadə etmək istəyiniz soruşulacaq. Azərbaycan dilini seçmək üçün 1, rus dilini seçmək üçün 2, ingilis dili üçün isə 3 rəqəmini 6916 nömrəsinə göndərin. Sonra Sizdən ad seçiminiz xahiş olunacaq. Seçdiyiniz adı (maksimum 15 simvol) 6916 nömrəsinə SMS-lə göndərin. Daha sonra cinsinizi qeyd etmək üçün cavab mesajı alacaqsınız. Kişi cinsi üçün 1, qadın cinsi üçün 2 rəqəmini yazaraq SMS vasitəsilə 6916 nömrəsinə göndərin./li> Təbrik edirik! Siz uğurla qeydiyyatdan keçdiniz. Uğurla qeydiyyatdan keçmə və xidmətdən istifadə qaydaları haqqında cavab məktubu alacaqsınız. Qayda və Şərtlər İstifadəçi adı: maksimum 15 simvol Mesajın formatı: Aydan, salam! Necəsən? Aydan= söhbətləşdiyiniz şəxsin adı. İstifadəçi adı ilə mesaj arasında boş yer saxlayın. Əsas komandalar: F-əks cinsdən olan dostların siyahısı F r - tez-tez söhbətləşdiyiniz dostların siyahısı F a – daha aktiv iştirakçıların siyahısı Y (yaşınız) – yaşınızı göstərin B (istifadəçi adı) - müəyyən şəxslərin mesajlarına blok qoymaq CB (istifadəçi adı) – adı yazılan şəxslərin mesajlarına blok qoymaq U – qeydiyyatdan çıxmaq RR - yenidən qeydiyyatdan keçmək H – kömək 6916 nömrəsinə hər bir SMS-in dəyəri Cin abunəçiləri üçün 30 kontur, Klass abunəçiləri üçün 0.1 manat Qiymətlərə ƏDV daxildir. Daha ətraflı məlumat üçün Müştəri Xidmətləri: 418-81-80 (Xidmət Bazar günündən başqa hər gün 10:00-19:00 qədər işləyir)