Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz nömrəsini Bakcell şəbəkəsinə daşıyan ilk 10 abunəçini mükafatlandırıb.
Mobil Nömrə Daşınması (MND) xidməti istifadəyə veriləndən sonra Bakcell şəbəkəsinə qoşulan 10 şanslı abunəçi ilə “Bakcell”in Müştəri Xidmətləri Mərkəzində təşkil olunan görüşdə onlara hədiyyələr təqdim olunub.
“MND prosesinə start verildiyi gündən biz mobil rabitə istifadəçiləri tərəfindən Bakcell şəbəkəsinə böyük maraq müşahidə edirik. Bu xidmətdən yararlanmaq istəyən abunəçilərin sayı gündən-günə artır”, deyə “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
Fevral ayının 1-dən etibarən Bakcell şirkəti Müştəri Xidmətlərində və “Bakcell-IM”lərdə MND prosesi əsasında müvafiq xidmətləri təqdim etməyə başlayıb. Xidmət pulsuzdur. Mərkəzlərin ünvanlarını bu linkdə görmək olar: http://mnd.bakcell.com/az/mnd/Mobile_Number_Portability
MND prosesi və mobil nömrənin Bakcell şəbəkəsinə daşınması haqqında ətraflı məlumatı mnd.bakcell.com saytından və ya 055 800 00 55 nömrəsinə zəng vuraraq əldə edə bilərsiniz.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.