download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Hesab.az portalında sonuncu "Bakcell həftələri" kampaniyasına start veriləcək
    18.11.2013

    Bakcell abunəçiləri, Hesab.az onlayn xidmətlər portalının xidmətlərini istifadə edərək əlavə bonuslar qazanacaqlar. 18 noyabr 2013-ci il tarixində, Hesab.az portalında sayca altıncı və sonuncu olacaq "Bakcell həftələri" adlı kampaniyaya start veriləcək. Bu günlər ərzində, Hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər, Bakcell xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar. 10 manatdan 20 manatadək aparılan ödənişlərin hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq, və nəhayət 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar. Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az xərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Kampaniya ərzində portaldakı xərraclara müxtəlif çeşiddə hədiyyələr çıxarılır. Xərraclarda iştirak etmək üçün istifadəçilər Hesab.az portalında qeydiyyatdan keçməli  və ən azı 20 min bonus xalı toplamalıdırlar. ***  Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resurslarına sərmayə qoyaraq, Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.