download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Mançester Yunayted” Yay Futbol Məktəbi ikinci dəfə Azərbaycanda!
    22.04.2014
    “Mançester Yunayted” Yay Futbol Məktəbi ikinci dəfə Azərbaycanda!

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini ikinci dəfə Azərbaycana gətirir. Layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının (AFFA) dəstəyilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunur. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad Bakıda təşkil olunan və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcəklər. Seçim turları aşağıdakı tarixlərdə Tovuz, Gəncə, Qax, Sumqayıt və Bakıda keçiriləcək:   Tovuz şəhər stadionu Ünvan: Tovuz ş. Səməd Vurğun küç. 34   5 may - qeydiyyat 6-7 may - seçim   Gəncə, AFFA-nın süni örtüklü meydançası Ünvan: Gəncə ş. Nizami Gəncəvi küç. 24   8 may - qeydiyyat 9-10 may - seçim   Qax şəhər stadionu Ünvan: Aydın Məmmədov küç. 42   11 may - qeydiyyat 12-13 may - seçim   Sumqayıt FK-nın stadionu Ünvan: Sumqayıt ş. Səməd Vurğun küç. 25   14 may - qeydiyyat 15-16 may - seçim   Bakı, Bayıl stadionu Ünvan: Səbail r-nu, Salyan şossesi 23, 20-ci sahə   18 may - qeydiyyat 19-20 may - seçim Seçimlər AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçiriləcək. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetiriləcək. Ödənişsiz əsaslarla keçiriləcək seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər. Seçim turundan uğurla keçən uşaqlar 2-5 iyun tarixlərində Bakıdakı “Dalğa Arena” stadionunda təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər. ““Mançester Yunayted” Yay Futbol Məktəbinin keçən ilki nəticələri həm Azərbaycan futbolu, həm onun iştirakçıları, həm də Bakcell və AFFA üçün çox böyük uğur idi. Biz inanırıq ki, bu uğur ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan uşaqlar üçün bir stimula çevrilib və onlar bu dəfəki yay məktəbində də böyük həvəslə iştirak edəcəklər. Biz bu yay məktəbinin ən azı, keçən ilki qədər uğurlu olmasını gözləyirik”, Bakcell- in baş marketinq direktoru Aynur Abjanova deyib. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: “AFFA və Bakcell şirkətinin əməkdaşlığı çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkili uşaq futbolunun inkişafına öz töhfəsini verib. Biz artıq ikinci dəfə bu uğurlu təcrübədən yararlanmağı məqsədəuyğun saydıq. Ötən il Bakıda keçirilmiş təlim-məşq toplanışında seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası ilə tanış oldu, eləcə də “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdi. İştirakçılardan biri - Tamerlan Rizvanov  xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi. Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa əsas verir və inanırıq ki, builki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına daha bir töhfə verəcək”. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.