download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-in 3G “Sür@” xidmətinin işə salınması Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutub
    23.11.2011
    Bakcell-in 3G “Sür@” xidmətinin işə salınması Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutub

    Azərbaycanın Ilk Mobil Operatoru Bakcell şirkəti noyabrın 23-də “BakuTel” sərgisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz 3G xidmətlərinin kommersiya istifadəsinə verildiyini elan edib. Prezidentlə birlikdə mərasimdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov da iştirak edib. Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, Bakcell-in 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi Azərbaycanın telekommunikasiya tarixində ən vacib və unudulmaz hadisələrdən biridir: “Bizim arzumuz o idi ki, Bakcell-in 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi Azərbaycanın telekommunikasiya tarixində ən vacib hadisələrdən biri kimi yaddaşlarda qalsın. Bu gün möhtərəm prezidentimiz Bakcell-in 3G xidmətlərini istismara verən “düyməni basıb”. Bu an Bakcell şirkətinin və Azərbaycanın bütün mobil telekommunikasiya sektorunun inkişafının ən mühüm anlarından biridir. Biz böyük məmnuniyyətlə Bakcell-in 3G xidmətlərinin istifadəyə verilməsini “BakuTel” sərgisinin açılışı və Azərbaycanın telekommunikasiya sektorunun 130 illik yubileyi ilə bir vaxtda qeyd edirik. Müştərilərin Bakcell-lə mobil internetdən istifadəsini rahat və sürətli etmək üçün biz abunəçilər üçün bir neçə başlanğıc təklifi hazırlamışıq”. 3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyanın Bakcell şirkətinə verilməsi qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında qəbul edilib. Lisenziyanın verilməsindən və B&BTV şirkəti ilə radiotezliklərin test rejimində istifadəsinə dair protokolun imzalanmasından dərhal sonra, yəni noyabrın 3-də Bakcell şirkəti 3G xidmətlərinin ölkənin 62 şəhərində və Bakcell-in 3G standartını dəstəkləyən rouminq tərəfdaşlarının şəbəkələrində tətbiq edilməsinin sınaq mərhələsinə start verib. Bakcell və B&BTV şirkətləri arasında Azərbaycanda 3G xidmətlərinin göstərilməsi üçün müvafiq radiotezliklərin Bakcell şirkətinə verilməsinə dair razılıq əldə edilib. Bakcell-in 3G xidmətlərinin keyfiyyətindən danışan şirkətin baş direktoru R. Şirer qeyd edib ki, mobil internet sürətlə yanaşı, faydalı və müasir müştəri təcrübəsi deməkdir: “Bakcell şirkəti öz 3G sür@ xidməti vasitəsilə müştərilərinə ən keyfiyyətli əlaqə və görünməmiş təcrübəni təqdim etmək üçün böyük işlər görüb. Biz smartfon və 3G telefonların istifadəçilərinə xüsusi paketlər, həmçinin noutbuk və planşet üçün mobil modemlərin istifadəçiləri üçün limitsiz paketlər hazırlamışıq. Xidmətə qoşulmaq üçün USSD sorğusu vasitəsilə *535#YES yığmaq və ya SMS vasitəsilə “3G” sözünü 3535 nömrəsinə göndərmək kifayətdir”. Əgər siz Bakcell abunəçisisinizsə, sadəcə *535#YES yığın və ya SMS vasitəsilə “3G” sözünü 3535 nömrəsinə göndərin və Azərbaycanın ən güclü 3G şəbəkəsindən faydalanın! Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.