download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı tələbə və məzunlar üçün imkanlar yaradır
    30.07.2014
    Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı tələbə və məzunlar  üçün imkanlar yaradır

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Smart Start” adlanan təcrübə proqramında iştirak etmək üçün 22 nəfər gənc  seçib. Təcrübə proqramının  elan olunmasından  sonrakı 10 gün ərzində 1500 nəfərdən artıq tələbə və məzun  “Bakcell”də təcrübə keçmək üçün müraciət edib. İlkin müsahibəyə dəvət olunan 920 nəfərdən 450-si test mərhələsində öz biliyini sınayıb. Yüksək nəticələr nümayiş etdirən 55 namizəd final mərhələsində iştirak etmək hüququ qazanıb. Ən uğurlu nəticə göstərən  22 gənc “Bakcell”də  təcrübə proqramına başlayır. İştirakçılar müxtəlif mövzularda təlimlər keçdikdən sonra müvafiq şöbələrdə  peşəkar iş mühiti ilə tanış olmaq,  təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Seçilmiş təcrübəçilər Kadrlar, Marketinq, Biznes Texnologiyaları, Mühasibatlıq, Xidmət və məhsulun inkişafı, Müəssisə resurslarının planlaşdırılması, Pərakəndə satış və distribusiya və Müştəri Xidmətləri şöbələrində təcrübə keçəcəklər. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları 2 ay müddətdində “Bakcell”dən təqaüd alacaqlar. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.