Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu ilə keçirilən "Bakcell U-17 Liqa" sının 2013/2014-cü il mövsümü başa çatdı.
55 xal toplayan Bakı Futbol Klubu birinci yerə layiq görüldü. İkinci yer Qəbələ PFK, üçüncü yeri isə Neftçi PFK qazandı.
Turnirin qalibi Bakı Peşəkar Futbol Komandasına Antalyada bir həftəlik təlim məşq toplantısı hədiyyə olundu.
Turnirin ən məhsuldar oyunçusu 18 qol vuran Neftçi komandasının hücumçusu Ramiz Quliyevdir. Ramiz Quliyev xatirə hədiyyəlləri ilə yanaşı, Bakcell şirkətinin dəstəyilə “Mançester Yunayted”in əfsanəvi futbolçusu Duayt York ilə birlikdə məşq etmək imkanı qazandı.
Liqada iştirak edən məşqçilər arasında sorğu keçirilib və ilin ən yaxşı oyunçusu müəyyənləşib. Bu Rəvan komandasının oyunçusu Əlibəy Məmmədlidir. Əlibəy Məmmədliyə də xatirə hədiyyələri və Bakcell şirkəti tərəfindən “Mançester Yunayted”in əfsanəvi futbolçusu Duayt York ilə birlikdə məşq etmək imkanı verildi.
Bakcell U-17 Liqasında ilk 3 pilləni tutan komandaların baş məşqçilərini və komandaların kapitanlarını da mobil telefonlarla mükafatlandırdı.
Bakcell U– 17 Liqasının bu mövsümündə 12 komanda, 291 oyuçu, 24 məşqqçi qeydiyyatdan keçib və ümumilikdə 132 oyun keçirilibr. Mövsüm ərzində qapılara 486 qol vurulub.
Liqanın ümumi nəticələri aşağıdakı kimidir:
Yer
Komanda
O
Q
H
M
T/F
Xal
1
Bakı
22
18
1
3
70-10
55
2
Qəbələ
22
16
2
4
75-15
50
3
Neftçi
22
16
2
4
55-16
50
4
İnter
22
12
5
5
43-28
41
5
Qarabağ
22
12
4
6
42-26
40
6
Rəvan
22
13
1
8
51-32
40
7
Xəzər Lənkəran
22
9
5
8
32-29
32
8
Sumqayıt
22
8
4
10
41-48
28
9
AZAL
22
5
1
16
26-69
16
10
Turan T
22
3
4
15
25-91
13
11
Simurq
22
2
2
18
17-54
8
12
Kəpəz
22
1
3
18
9-68
6
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.