download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-in “Mançester Tətilləri” kampaniyasının qalibləri müəyyən olundu
    29.11.2012

    Azərbaycanın aparıcı Mobil İnternet Provayderi və bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan Bakcell şirkətinin “Mançester Tətilləri” kampaniyası başa çatmışdır.   Oktyabrın 25-i başlayan və bütün Bakcell abunəçilərinə Mançester Yunayted-in ev stadionu və dünyanın ən məşhur stadionlarından biri olan “Old Trafford”-da futbol həyacanını yaşamaq imkanı yaradan “Mançester Tətilləri” kampaniyasına SMS qəbulu 25 Noyabr tarixində yekunlaşmışdır. Kampaniyanın qalibləri Bakcell şirkətinin baş ofisində təşkil olunan onlayn püşkatmada  seçilmişdir. Püşkatmanı canlı izləmək və qaliblərin adlarını ilk bilənlərdən olmaq üçün Bakcell-in rəsmi internet səhifəsi www.bakcell.com , eləcə də Bakcell-in feysbuk səhifəsində xüsusi link yerləşdirilmişdir.   Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən Bakcell şirkətinin rəsmi internet və Facebook səhifələrinə, eləcə də Mançester Yunaytedin Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olun www.bakcell.com www.facebook.com/bakcell manutd.bakcell.com             *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.