download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell abunəçilərinin nəzərinə!
    05.08.2014

    “Bakcell” şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, ötən həftə ərzində bazarda Bakcell ödəmə kartlarının çatışmazlığı ilə bağlı müşahidə olunan vəziyyət kartların ölkəyə gətirilməsi zamanı şirkətdən asılı olmayan səbəblərdən baş vermiş gecikmə ilə bağlıdır. Bakcell şirkəti yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib və ötən şənbə və bazar günü bazar ödəmə kartları ilə müəyyən qədər təmin olunub. Bu həftə ərzində kartların bazara paylanması ilə bağlı işlər davam etdiriləcək. Bakcell şirkəti yaranmış narahatlığa görə abunəçilərindən üzr istəyir və bir necə gün ərzində məsələnin öz həllini tapacağını bildirir. Eyni zamanda Bakcell xidmətlərindən istifadəyə davam etmək üçün abunəçilərimizə alternativ ödəmə vasitələrindən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) istifadə etməyi  tövsiyə edirik. Alternativ ödəmə vasitələrindən istidafə olunması abunəçiyə bonus dəqiqələr qazanmaq imkanı verir. Əvvəlcədən ödəmə sistemində olan abunəçilərimiz avqust ayının 10-na kimi alternativ kanalllar vasitəsilə ən azı 3 AZN ödəniş etməklə şəbəkədaxili 10 pulsuz dəqiqə əldə edəcəklər.