download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Balansınızı artırın və Novruz günlərində ölkədaxili bütün istiqamətlərə pulsuz zəng edin!
    15.03.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz Bayramına  həsr olunmuş yeni kampaniyanı elan edir. Xüsusi olaraq Novruz Bayramı üçün hazırlanmış bu kampaniya Mart ayının 7-dən 24-nə qədər keçiriləcəkdir. Bakcell şirkəti bu eksklyuziv təklifi öz CİN abonentlərinə hədiyyə edir. Mart ayının 7-dən etibarən balansına ən azı 2 AZN yükləyən hər bir CİN abunəçisi hədiyyə olaraq ölkədaxili bütün istiqamətlərə pulsuz zənglər üçün 10 bonus dəqiqəsi alacaq. Kampaniya ərzində Siz hər dəfə balansı artırdıqda 10 dəqiqəlik bonus qazanacaqsınız.  Kampaniyanın sonuna kimi dəfələrlə balansınızı artırın və daha çox pulsuz dəqiqələr qazanın.  Kampaniya çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 Mart ərzində istifadə edilə bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr, kampaniyanın sonunda silinəcəkdir. Bu eksklyuziv kampaniyaya qoşulun və bayram günlərində ölkədaxili bütün istiqamətlərə zəng edib əzizlərinizi onların istifadə etdiyi mobil operatordan asılı olmayaraq pulsuz təbrik edin. Kampaniyaya qoşulmaq üçün 5540 nömrəsinə pulsuz SMS göndərin. Kampaniya haqqında daha ətraflı məlumat almaq üçün  İNFO yazıb 5540 nömrəsinə SMS göndərin. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.