download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Balansını artır futbola bilet qazan!
    02.07.2012
    Balansını artır futbola bilet qazan!

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyasını elan edir. Futbolsevərlərə müjdəli kampaniyaya start verən Bakcell sentyabr ayının 22-si Bakıda başlayacaq olan 17 yaşına qədər qadınlar arası FİFA U-17 turnirinin açılışına bilet qazanmaq imkanı yaradır. Yarışın açılışına bilet əldə etmək və dünyaca ünlü Cənubi Amerikalı ulduz Cennifer Lopezin ifasını canlı olaraq izləmək üçün sadəcə olaraq balansınızı artırmaq lazım olacaq. İyul ayının 1-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində bu dövr ərzində balansına 10 AZN yükləyən hər bir Bakcell abunəçisi gündəlik oynanan 55 biletdən birini əldə etmək və yarışın açılışına bilet qazanmaq imkanı əldə edəcəkdir. Biletləri qazanan abunəçilər sms vasitəsilə məlumatlandırılacaqlar. Biletləri yalnız Bakcell-in Nizami küç. 83-də yerləşən mağazasından əldə etmək olacaq.   ***Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,  555-ə zəng edin.Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər