Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün Ulduzum sadiqlik proqramı çərçivəsində “Megafun” əyləncə mərkəzi ilə birgə boulinq çempionatına start verib.
30 dekabr 2014-cü il tarixinə qədər keçiriləcək çempionatda qalib gələn komanda üzvləri “Bakcell”dən İngiltərənin Mançester şəhərinə səyahət paketi və əfsanəvi “Old Trafford” stadionunda keçiriləcək oyuna biletqazanacaq. Komanda üzvləri eyni zamanda 30 dekabr tarixində Azərbaycanın futbol üzrə milli yığmasının 4 oyunçusu ilə boulinq oynamaq şansı qazanacaq.
İkinci yer tutan komandanın iştirakçılarına ALOV smartfonu, üçüncü yer tutan komandanın iştirakçılarına isə “Megafun”dan 100 AZN-lik balans kartları hədiyyə olunacaq.
İstənilən Bakcell abunəçisi “Megafun” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla çempionatda iştirak hüququ əldə edə bilər. Boulinq çempionatında yalnız komanda şəklində iştirak etmək mümkündür. Hər komanda 4 nəfərdən ibarət olmalıdır. Komanda şəklində oyun üçün edilən ödənişlərə 25% endirim təqdim olunur.
Çempionatın şərtləri barədə daha ətraflı məlumatı “888” yazıb 5555-ə pulsuz SMS göndərməklə əldə etmək olar.
Çempionat keçirildiyi müddətdə “Megafun boulinq”də şəkil çəkib “Bakcell”in “Facebook” səhifəsində yerləşdirməklə əlavə hədiyyələr əldə etmək olar. Facebook istifadəçiləri tərəfindən ən çox bəyənilən fotoların sahiblərinə Ulduzum tərəfdaşlarından hədiyyə kartları təqdim olunacaq.Həmin müsabiqə haqqında ətraflı məlumatı “Bakcell”in “Facebook” səhifəsindən əldə edə bilərsiniz.
www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.