download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell “70 gün ərzində bir Porsche Cayenne və 79,000 manat qazan!” kampaniyasının qalibini elan edib
    11.05.2011
    Bakcell “70 gün ərzində bir Porsche Cayenne və 79,000 manat qazan!” kampaniyasının qalibini elan edib

    Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, 11 may 2011-ci il tarixində “70 gün ərzində bir Porsche Cayenne və 79,000 manat qazan!” kampaniyasının qalibinə Porsche Cayenne avtomobilini təqdim edib.  Porsche Cayenne Bakı Mərkəzində keçirilən mərasim zamanı Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer yeni Porsche Cayenne avtomobilinin sahibi Elxan Köçərliyə rəmzi açarı təqdim edib: “Bu cür kampaniyalar vasitəsilə biz abunəçilərimizi sevindirib Bakcell-dən qiymətli hədiyyələr qazanmaq imkanını yaratmaq istəyirik. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür”. 28 yaşlı Elxan Köçərli Bakcell şirkətinə təşəkkür edib və Porsche Cayenne avtomobilinin xoşbəxt sahibi olmasına şad olduğunu bildirib: “Porsche Cayenne avtomobilini almaq mənim arzum idi. Mən bu avtomobili almaq üçün pul toplayırdım və Bakcell SMS Viktorinanı elan edəndə bəxtimi sınamaq qərarına gəldim. SMS suallara cavab verirdim və qazandığım xalları qeyd edirdim. Kampaniyanın sonuna yaxın çox həyəcanlı idim. Qalib olduğumu biləndə çox sevindim. Bu həqiqət idi”. “70 gün ərzində bir Porsche Cayenne və 79,000 manat qazan!”  kampaniyası 01 fevral 2011-cil il tarixdən 11 aprel 2011-ci tarixinə qədər keçirilib. Kampaniyada iştirak etmək üçün abunəçilər 333 qısa nömrəsindən göndərilən qısa SMS-suala cavab verməklə gündəlik və həftəlik hədiyyələri qazanmaq imkanını əldə edirdilər. 59 iştirakçı gündəlik 1000 AZN və 10 iştirakçı həftəlik 2000 AZN qazanıb. Xoşbəxt qaliblər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Tiraj Komissiyasının iştirakı ilə elektron püşkatma vasitəsilə seçilib. Gündəlik, həftəlik və əsas mükafat olan Porsche Cayenne-dən əlavə, iştirakçılar lotereyada laptop, İ- Phone və 100 AZN məbləğində əlavə uduşlara da sahib olublar. Bütün qaiblər elektron püşkatma sistemi ilə seçilib. Kampaniya barədə əlavə məlumat almaq üçün lütfən www.smsquiz.bakcell.com  səhifəsinə daxil olun və ya 555 nömrəsinə zəng edin.  Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.