download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Bakcell Mənim Həyatımda” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb
    01.07.2011

    İyunun 30-da Bakcell şirkəti öz rəsmi Facebook səhifəsində keçirdiyi “Bakcell Mənim Həyatımda” adlı fotomüsabiqənin qaliblərini mükafatlandırdı. Mərasimdə 1-ci yerin qalibi Vüqar Həşimova Blackberry 9700 telefonu, 2-ci yerin qalibi Türkan Rəhimovaya isə Nokia E72 telefonu hədiyyə olaraq təqdim edildi. Hədiyyələri təqdim edən Korporativ Əlaqələr Şöbəsinin təmsilçisi Laura Seyidbəyova qalibləri təbrik edib, onlara gələcəkdə də uğurlar arzu edib. Qaliblər bu müsabiqədən olduqca razı qalaraq, Bakcell şirkətinə və müsabiqənin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər. Vüqar Həşimov Maliyyə İdarəsində mühasib vəzifəsində çalışır. O, facebook səhifəsində bu müsabiqə barədə oxuyan kimi öz bəxtini sınamaq qərarına gəlib. Digər qalib Türkan Rəhimova ixtisasca hüquqşünasdır. Onun müxtəlif əl işlərinə böyük marağı var. Türkan həvəskar fotoqraf olmaqla yanaşı, qələm kolleksiyası ilə məşğul olur və məqalələr yazır. Türkan öz əl işi olan 2008-ci ildən yığdığı Bakcell danışıq kartlarından paltar tikərək onu fotoya çəkib və müsabiqəyə göndərib. Türkan həmçinin bildirdi ki, Bakcell üçün maraqlı sürpriz hazırlayır və yaxın zamanlarda, özü tərəfindən xüsusi olaraq hazırlayacağı əl işi ilə şirkətin ofisinə qonaq gələcək. Qeyd edək ki, “Bakcell mənim həyatımda” adlı fotomüsabiqə İyun ayının 4-dən 28-dək davam edib. Müsabiqədə iştirak etmək üçün Bakcell-in facebook səhifəsinin istifadəçiləri öz yaradıcılığını və foto çəkiliş bacarıqlarını nümayiş etdirərək, Bakcell ilə bağlı maraqlı foto şəkillər təqdim ediblər. Müsabiqəyə Bakcell-lə bağlı bir-birindən maraqlı onlarla şəkil göndərilib. Tam şəffaf şəraitdə keçirilən müsabiqənin seçim prosesi 2 mərhələdən ibarət olub. İyun ayının 4-dən 26-dək davam edən 1-ci mərhələdə facebook istifadəçiləri tərəfindən səsvermə keçirilib, 2-ci mərhələdə isə facebook istifadəçiləri tərəfindən seçilən ən yaxşı 10 şəkil arasından Münsiflər Heyəti qalib şəkilləri müəyyən edib. Bakcell şirkəti, müsabiqədə iştirak edən facebook səhifəsinin bütün istifadəçilərinə bir daha təşəkkür edir və qalibləri təbrik edir. Bakcell-dən yeni və maraqlı müsabiqələr gözləyin! Bakcell-in facebook-dakı rəsmi səhifəsinə siz də qoşulun http://www.facebook.com/?ref=home#!/#!/Bakcell.Company!