download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri “Bakcell”in yeni reklam çarxına çəkiləcəklər
    30.10.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin qabilbləri “Bakcell”in yeni reklam çarxına çəkilirlər. Yay Futbol Məktəbində uğur qazanan Tamerlan Rizvanov, Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva “Mançester Yunayted”in ulduz futbolçuları Fellaini, Nani, Çiçarito və Eşli Yanq ilə eyni reklam çarxında oynayacaqlar. Bu məqsədlə Mançesterdə olan gənc istedadlarımız səfər zamanı təlim-məşq toplanışlarına qatılıb, klubun muzeyini və əfsanəvi “Old Trafford” stadionunu ziyarət ediblər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell,  ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Uzun müddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində, Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim etməkdədir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.