download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Gənc atletlər internat məktəbində “Oyun Günü” keçirdi
    09.08.2010

    “Bakcell” şirkətinin sponsorluğu ilə Milli Olimpiya Komitəsi və Sosial Xidmətlər Təşəbbüsü Təşkilatı internat məktəbinin şagirdləri üçün “Oyun Günü” keçirib. Beynəlxalq Olimpiya Həmrəyliyi Proqramı çərçivəsindəki bu tədbir Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi təyinatlı internat məktəbdə təşkil olunub. Azərbaycanı Sinqapur Yay Olimpiya Oyunlarında təmsil edəcək yeniyetmə idmançılar buradakı xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün şən, təhlükəsiz və inklusiv oyunlar keçirib. Yeniyetmə idmançılar uşaqların idmana olan həvəsini artırmaq üçün onlarla fərdi söhbətlər aparaq, təcrübələrini bölüşüblər. “Oyun Günü” yeniyetmələrin Sinqapurda ilk dəfə olaraq keçiriləcək Olimpiya Oyunlarının əsas tərkib hissəsi olan Mədəni Təlim Proqramına hazırlıq çərçivəsində reallaşıb. Tədbirin əsas məqsədi idmançıları erkən yaşlarından sosial fəaliyyətlə məşğul olmağa ruhlandırmaq və bu sahədə təcrübə qazandırmaqdır. Tədbirin sonunda Bakcell şirkətinin nümayəndəsi “Oyun günü”nün iştirakçıları üçün gətirdiyi idman formalarını və digər idman ləvazimatlarını paylayıb və uşaqlara idmanla daha ciddi məşğul olmalarını tövsiyə edib. “Bakcell olaraq, biz qayğıya ehtiyacı olan uşaqları dəstəkləməkdən məmnunuq. " Gənc atletlərın bəzi imkanlardan məhrum olan uşaqları dəstəkləmək üçün onlara idman oyunlarını keçməsini görmək çox gözəldir", - deyə Bakcell şirkətinin Baş İcraçı Direktoru xanım İneke Botter bildirib. Milli Olimpiya Komitəsinin nümayəndəsi isə öz növbəsində “İdman”, “Mədəniyyət” və “Təhsil”in vəhdəti əsasında yaradılmış Sinqapur Olimpiya Oyunlarında idmançılara uğurlar arzulayıb və onları gələcəyin liderləri kimi sosial məsuliyyət sahəsində daha fəal olmağa çağırıb. Onun sözlərinə görə, gənc idmançılar “Mükəmməllik”, “Dostluq” və “Hörmət” kimi Olimpiya dəyərləri ilə yaşayaraq ətrafdakıları da bu dəyərlərlə yaşayıb-yaratmağa həvəsləndirməlidirlər. Bakcell-in məhsulları və xidmətləri haqqında ətraflı məlumatı 555-ə zəng vurmaqla əldə edə bilərsiniz. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.