download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Riçard Daff
    Bakcell
    Riçard Daff
    Riçard Daff Böyük Britaniyanın energetika sahəsində və xaricdə 30 ildən artıq təcrübəsi olan icraçı rəhbərdir. Cənab Daff uzun müddət Böyük Britaniya, ABŞ və Yaxın Şərqdə yaşayaraq, Böyük Britaniyada qeydiyyatdan keçmiş çoxmillətli mühəndislik və konsaltinq qrupu Wood plc-də çalışıb və burada Qlobal Korporativ və Regional Biznes üzrə rəhbər vəzifələr tutub. Cənab Daffın son dövrlərdə tutduğu vəzifələr Wood plc-də Strateji layihələr üzrə Prezident və Strategiya və İnkişaf üzrə Prezident vəzifələri olmuşdur. O, həmçinin Böyük Britaniya və Yaxın Şərqdə Direktorlar Şurasının üzvü olub, eləcə də 10 il ərzində İcraiyyə Komitəsinin İcraedici rəhbərliyinə daxil olub. Cənab Daff Aberdin Universitetində Layihə İdarəetmə üzrə magistr dərəcəsi alıb. O, həmçinin Texas A&M Universitetinin Mays Biznes Məktəbində İcraedici Rəhbərlik Proqramını başa vurmuşdur.