Bakcell abunəçilərinin nəzərinə!

09.06.2022

“Bakcell” MMC öz abunəçilərin nəzərinə çatdırır ki, 21 iyun 2022-ci il tarixindən etibarən “arxiv” kateqoriyasına aid bir sıra tariflərə aşağıda qeydə olunan dəyişikliklər ediləcək:

  • SevimliCIN və GÜNBOYU 0 tariflərində şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə, şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN təşkil edəcək;
  • CINeration tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.09 AZN, GəlirliCIN tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək;

CIN 1 tariflərində:

  • Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.08 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN;
  • Regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN təşkil edəcək.