download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Yusif Cabbarov
    Bakcell - Direktorlar Şurasının sədr müavini
    Yusif Cabbarov
    Yusif Cabbarov müxtəlif sahələrdə, o cümlədən enerji, telekommunikasiya və maliyyə təşkilatlarında 20 illik uğurlu idarəçilik təcrübəsinə malikdir. Yusif Cabbarov Bakcell şirkətinin Direktorlar Şurasının sədr müavini, həmçinin Vodafone Ukrayna və Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm şirkətinin Direktorlar Şuralarının üzvüdür. 2000-ci ildən 2013-cü ilə qədər Yusif Cabbarov maliyyə sektorunda çalışıb. O, 2007-ci ildən Azərbaycanın aparıcı kommersiya banklarının birində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb və strategiya, marketinq və iri yenidənqurma layihələrinə rəhbərlik edib. 2023-cü ildə Azərbaycanın iqtisadi inkişafına və sahibkarlıq sahəsinə verdiyi mühüm töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilib. Cənab Cabbarov Liderliyin İnkişafı Proqramını (PLD in Strategic Management) uğurla başa vurmaqla Harvard Biznes Məktəbinin məzunu olub. O, həmçinin 2007-ci ildə Birminhem Biznes Məktəbində MBA dərəcəsi, 2002-ci ildə isə UNEC-də iqtisadiyyat və maliyyə üzrə bakalavr təhsilini bitirib.