Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkətin Bakutel stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkil edilməsi üçün mühüm tədbirlər görülüb. Bakutel 2012 sərgisində Bakcel şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirməkdədir.
Bakutel zamanı Artırılmış Reallıq (AR) tətbiqetmələrini təqdim edib, mobil sənayesinin ən yeni qlobal texnologiya tendensiyalarını təşviq etmək məqsədilə sərgi çərçivəsində Bakcell şirkəti 3G və yeni-nəsil mobil texnologiyalar sektorunda dünya lideri olan Qualcomm Incorporated şirkəti ilə strateji tərəfdaşlıq qurub. Artırılmış Reallıq – elemetləri səs, video, qrafika və ya GPS data formatında kompüter sensor daxiletmələri ilə tamamlanmış fiziki ətraf mühitin canlı, birbaşa və ya dolayı görünüşüdür. Nəticədə, bu texnologiya sayəsində müştərinin indiki reallıq qavrayışı daha da zənginləşir. Ətraf mühit və onun elementləri haqda süni məlumat real mühit üzərinə qoyula bilər. Artırılmış Reallıq ətrafınızda olan dünya ilə qarşılıqlı əlaqədə olan zaman misilsiz mobil təcrübə imkanını yaradır.
Bakutel “Bakcell şirkəti ilk gündən BakuTel sərgisinin daimi iştirakçısıdır. Bakcell şirkətinin Bakutel sərgisindəbu ilki iştirakının əsas mövzusu bu unikal tərəfdaşlıqdır. Biz olduqca məmnunuq ki, Bakutel 2012 çərçivəsində Qualcomm ilə tərəfdaşlıq qurmuşuq. Biz əminik ki, bu sərgi şirkətlərə yeni biznesi inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaqdır. Bakutel sərgisi - telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərilə birbaşa ünsiyyat yaratmaq üçün misilsiz imkan yaradır. Bakutel sayəsində əməkdaşlıq üçün yeni imkanlar və sahələr meydana çıxarılacaq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib.
Bundan əlavə, sərgi zamanı Bakcell şirkəti ən son texnologiyalar üzərində qurulmuş bir çox rəqəmsal oyun və qonaqlara müxtəlif maraqlı yarışlarda iştirak etmək imkanını verən oyun stansiyaları nümayiş etdirəcək. Həmçinin, bütün ziyarətçilərə real futbol təcrübəsini yaşadacaq futbol zonası fəaliyyət göstərəcəkdir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news ) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.