
Yeni Bakcell tətbiqi.
İndi yükləyin!
2022- Bakcell Azərbaycanda ilk dəfə olaraq eSIM istifadəyə verdi.
- Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyasını istifadəyə verib.
- Bakcell şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib.
2021- Bakcell mobil şəbəkəsi qədim Şuşa şəhərini əhatə edib.
- Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq gəmilərdə və neft platformalarında mobil internet təqdim edib.
2020- Bakcell yeni “099” prefiksini istifadəyə verib.
2019- Bakcell Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib.
- Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi olub.
- “Bakcell”in 4G şəbəkəsi bütün ölkə ərazisini əhatə edib.
2018- Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
- Ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti aləti – “Mənim Bakcellim” tətbiqi təqdim olunub.
- Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası istifadəyə verilib.
- “Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçirilib.
- Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib.
- Bakcell Azərbaycanda ilk dəfə metroda 4G xidmətini təqdim edib.
2017- Bakcell Azərbaycanda ilk dəfə olaraq “HD Voice” texnologiyasını istifadəyə verib.
- Bakcell 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verib və bununla da 4G xidmətlərini ölkənin bütün regionlarına doğru genişləndirməyə başlayıb.
- Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirib.
- Bakcell işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mobil rabitə şəbəkəsini təkmilləşdirib.
- “Bax nələr mümkündür” adlı yeni brend mövqeyi elan edildi.
2016- Bakcell “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”nın rəsmi sponsoru olub.
- “Bakcell Business” adlı rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edib.
2015- Azərbaycanda ilk dəfə olaraq saniyədə 225 meqabitə qədər LTE-A sürəti təqdim edilib.
- Azərbaycanda ilk dəfə olaraq 4G LTE texnologiyası əsasında kommersiya xidmətləri təqdim edilib.
2014- Qualcomm ilə əməkdaşlıqda gənc developerlər və startaplar üçün “AppLab” İnkubasiya proqramı yaradıb.
- “Bakcell”in brend smartfonu təqdim edilib.
- Bakcell Mobil Nömrə Daşınması (MND) sisteminə qoşulub.
2013- “Ulduzum” loyallıq proqramı təqdim olunub.
2012- Mançester Yunayted futbol klubu ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.
- Naxçıvan Muxtar Respublikası ərazisində 3G texnologiyası əsasında xidmətlər təqdim etmək üçün lisenziya alınıb.
2011- 40 milyon manat həcmində istiqraz buraxılıb.
- 3G texnologiyası əsasında xidmətlər təqdim edilib.
2009- Rebrendinq prosesi həyata keçirib.
- “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramına start verilib.
- Mobil şəbəkənin əhatə dairəsinin genişləndirilməsinə 20 milyon avrodan çox investisiya qoyulub.
2007- Billinq/CRM həlləri üçün 9 milyon avroya yaxın investisiya yatırılıb.
2003- Şirkətin özəlləşmə prosesi uğurla başa çatıb. 2004-cü ilin yanvar ayından başlayaraq Bakcell 100% şəxsi kapitala malik şirkət kimi fəaliyyət göstərir.
1999- Rouminq xidməti abunəçilərin istifadəsinə təqdim edilib.
1996- Mobil telekommunikasiya xidmətləri göstərməyə başlayıb.
1994- Bakcell şirkət təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb.