download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    XİDMƏTLƏR
    Mobil nömrələrin daşınması (MND)
    XİDMƏTLƏR
    Mobil Nömrə Daşınması

    Daim istifadə etdiyiniz nömrəni dəyişmədən Bakcell şəbəkəsinə qoşa bilərsiniz. Sizin nömrəniz olduğu kimi qalır, hətta nömrənizin əvvəlində olan prefiks (010, 050, 051, 070, 077) də. Siz sadəcə daha üstün xidmət və ölkənin ən sürətli mobil şəbəkəsindən yararlanacaqsınız.

    Əldə edəcəyiniz üstünlüklər
    /media/uploads/icons/flash_small.svg
    Ən sürətli mobil şəbəkə


    /media/uploads/icons/kapital.svg
    Sərfəli tariflər və internet
    /media/uploads/icons/Bakcell_star.svg
    Müasir və innovativ həllər
    /media/uploads/icons/wifi_uov21nk.svg
    Kəsintisiz mobil rabitə və geniş əhatə dairəsi
    Bakcell şəbəkəsinə qoşulmaq üçün
    1
    /media/uploads/images/1-1_mnp_OQut3AL.svg
    Aktiv mobil nömrənizlə Bakcell satış və xidmət mərkəzinə yaxınlaşın.
    2
    /media/uploads/images/2-2_mnp_5ymt3G2.svg
    Nömrənizin daşınmaya uyğunluğunu yoxlayıb ərizə formasını doldurun.
    3
    /media/uploads/images/3-1_mnp_Hzm1dbC.svg
    Özünüzə uyğun sərfəli tarif seçərək, müqaviləni imzalayın və Bakcell SIM kartını pulsuz əldə edin.
    4
    /media/uploads/images/4-1_mnp.svg
    3 iş günü ərzində daşınma həyata keçiriləndə SMS alacaqsınız.
    5
    /media/uploads/images/5-1_mnp.svg
    Prosesin bitməsinə 2 saat qalmış hər iki SIM kartınız işləməyəcək.
    6
    /media/uploads/images/6-1_mnp.svg
    "Bakcell"ə xoş gəldiniz!
    Mobil Nömrələrin Daşınması (MND) nə deməkdir?

    Mobil Nömrələrin Daşınması – abunəçinin sahib olduğu mobil nömrənin, hal-hazırda istifadə etdiyi mobil operatorun şəbəkəsindən çıxarılaraq (prefiks* və nömrənin olduğu kimi saxlanılması şərtilə), digər bir mobil operatorun şəbəkəsinə keçirilməsi deməkdir. 

    * Nömrənin önündəki 3-rəqəmli kod nəzərdə tutulur.  Nümunə: 055, 099 (070, 077, 010, 050, 051)

    MND hansı üstünlüklər və imkanlar yaradır?

    MND xidməti abunəçiyə istifadə etdiyi və yaxınları tərəfindən tanınan nömrəsini dəyişmədən  asanlıqla Bakcell şəbəkəsinə keçib daha sərfəli təklif və xidmətlərdən yararlanmaq imkanı yaradır.

    MND necə həyata keçirilir?

    Mobil nömrəni Bakcell şəbəkəsinə daşımaq istəyən abunəçi istənilən diler mağazasına və ya müştəri xidmətləri mərkəzinə müraciət edib xidmətin həyata keçirilməsi üçün müvafiq formanı doldurmalı və aşağıdakı sənədləri təqdim etməlidir.

    MND-nin həyata keçirilməsi üçün hansı sənədlər tələb olunur?

    Xidməti həyata keçirmək üçün aşağıdakı sənədlər təqdim etməlidir:

    1. Fiziki şəxslər üçün: Şəxsiyyət vəsiqəsi*
    2. Hüquqi şəxslər üçün: Hüquqi şəxsin dövlət qeydiyyatı və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətləri.

    *Şəxsiyyəti təsdiq edən sənəd qismində şəxsiyyət vəsiqəsi ilə yanaşı xarici pasport, zabit vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi və s. təqdim etmək mümkündür.


    QEYD

    Aşağıdakı hallar zamanı fiziki şəxslər qeyd olunan əlavə sənədləri təqdim etməlidir:

    • Əgər şəxsiyyəti təsdiq edən sənəddə hər hansı bir zəruri dəyişikliklər baş veribsə (məsələn: ad, soyad), o zaman bu məlumatların dəyişməsini təsdiq edən sənədlər təqdim edilməlidir.

    Nümunə: Evlilik zamanı şəxsiyyəti təsdiq edən sənəddəki zəruri məlumatların dəyişməsilə əlaqədar olaraq evlilik haqqında şəhadətnamə təqdim edilir.

    • Əgər Mobil Nömrənin Daşınması nömrənin sahibi tərəfindən deyil, başqa bir nümayəndə tərəfindən həyata keçirilirsə, o zaman həmin nümayəndə prosesi həyata keçirmək üçün öz şəxsiyyət vəsiqəsilə yanaşı mütləq etibarnamə təqdim etməlidir. Etibarnamədə xidmətin adı mütləq qeyd olunmalıdır.
    Bu proses hansı müddət ərzində həyata keçiriləcək?

    Mobil nömrələrin daşınması prosesi abunəçinin Bakcell-ə müraciətindən sonra 3 iş günü ərzində həyata keçirilir. Prosesin başa çatmasından bir gün öncə abunəçi SMS vasitəsilə məlumatlandırılır. Ərizənin təqdim edildiyi tarixdən əməliyyatın həyata keçirilməsi tarixinədək abunəçi cari operatorun xidmətindən istifadə etməyə davam edir.

    MND zamanı SIM Kart dəyişdirilirmi?

    Mobil Nömrənin Daşınması zamanı abunəçiyə məxsus olan SIM Kart dəyişdirilir. Bakcell abunəçinin cari mobil nömrəsinin öz şəbəkəsinə keçirilməsi üçün pulsuz SIM-kart təqdim edir.

    Hansı müddət ərzində operatoru dəyişmək olar?

    Abunəçi Mobil Nömrənin Daşınması əməliyyatını həyata keçirmək üçün nömrəsini hal-hazırda məxsus olduğu mobil operatorun şəbəkəsində ən azı 3 ay istifadə etməlidir.


    QEYD

    Nömrənin hal-hazırda məxsus olduğu mobil operatorun şəbəkəsində 3 ay müddətində istifadə edilməsi göstərilərkən, onun bir tərəfli (Block one way), iki tərəfli (Block two way) və ya müvəqqəti (Suspended) şərtlər əsasında fəaliyyət göstərməsi heç bir əhəmiyyət kəsb etmir.

    MND üçün ödəniş haqqı tələb olunurmu?

    Ödəniş tələb olunmur.

    MND həyata keçirildikdən sonra abunəçi hansı tarif və xidmətlərdən istifadə edəcək?

    Mobil nömrəsini Bakcell şəbəkəsinə daşıdıqdan sonra abunəçi “Bakcell”in xüsusi sərfəli xidmət və tariflərindən istifadə edə bilər.  

    Abunəçi nömrəsini bir şəbəkədən digər şəbəkəyə daşıdığı zaman balans qalığını köçürə bilərmi?

    Balans qalığı və digər ödənişli xidmətlər nömrənin digər şəbəkəyə daşınmasından əvvəl istifadə edilməlidir. Əks halda balans qalığı və ödənişli xidmətlər ləğv olunur.