Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti bildirir ki, xanım İneke Botter şirkətin baş direktoru vəzifəsində fəaliyyətini başa çatdırıb. Bakcell-in Kommersiya Direktoru cənab Krasimir Genovun sözlərinə görə, şirkətin fəaliyyətini idarə etmək məqsədilə Direktorlar Şurası tərəfindən müvəqqəti İdarəetmə Komitəsi yaradılıb. Bakcell həmçinin cənab Yığıt Berktaşın baş texniki direktor vəzifəsinə təyin edildiyini elan edib. Yiğit Berktaş telekommunikasiya sahəsində texniki əməliyyatların idarə olunması üzrə böyük təcrübəyə malikdir.
Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2.5 milyona çatıb.
Bakcell şirkətinin məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.