download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell Naxçıvanda şəbəkəsini genişləndirir
    13.10.2009

    Azərbaycanın aparıcı mobil şirkətlərindən biri olan Bakcell, ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir. Bakcell həm də cəmiyyətin inkişafına töhvə verən məsuliyyətli bir şirkət kimi fəaliyyət göstərir. Bu il Bakcell öz fəaliyyət dövrü ərzində ən böyük və iddialı layihəsini həyata keçirib. Belə ki, şirkət şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin bir hissəsi olaraq, Bakcell Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. 2009-cu il ərzində Bakcell şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasında 22 yeni Baza stansiya quraşdırılıb və istifadəyə verilib. Bununla da Bakcell-in MR-da quraşdırdığı baza stansiyaların ümumi sayı 42-yə çatıb. Bu şəbəkə genişləndirilməsinin nəticəsi olaraq, Bakcell Muxtar Respublikanın əsas nəqliyyat arteriyalarını əhatə etməyə başlayıb. Hal-hazırda Bakcell MR-nın müxtəlif ərazilərində, o cümlədən Sədərək, Şahbuz, Culfa, Badamlı, Sirab, Babək, Ordubad və bir sıra digər rayonlarında əhatə dairəsinə malikdir. Bundan başqa, Bakcell şəbəkəsinin əhatə dairəsinə daxil olan Naxçıvan MR-nın ərazisində EDGE-sürətli internet texnologiyasından istifadə etmək mümkün olacaq. Naxçıvan Muxtar Respublikası ərazisində şəbəkə dairəsinin və platformaların genişləndirilməsi prosesi 2010-cu ildə də davam edəcək. Bakcell Azərbaycanın ilk mobil operatorudur və Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir. Aktiv Bakcell abunəçilərinin sayı isə 2 mln.-a yaxınlaşır.