Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz abunəçiləri üçün BlackBerry® xidmətini təqdim edir və ən dəyərli müştəriləri üçün yeni eksklyuziv “Bakcell Yaqut” klubu yaradır. Bundan sonra Bakcell müştəriləri keyfiyyətli və səmərəli rabitədən faydalanaraq, BlackBerry® smartfonları vasitəsilə e-mail və internet, telefon zəngləri, SMS-mətn və SMS-şəkil, multimedia əlavələrdən istifadə edə, həmçinin iş və asudə vaxt üçün lazım olan bir sıra digər əlavələrdən faydalana bilərlər. Fevralın 9-u Bakıda Hyatt Regency otelində keçirilmiş tədbirdə Bakcell-in baş direktoru xanım İneke Botter bildirib: “Bakcell öz şəbəkəsini genişləndirib və öz müştərilərinə yeni məhsullar və xidmətlər təklif etmək üçün öz platformasını zənginləşdirir. BlackBerry® xidməti - Bakcell-i ən üstün mobil rabitə operatoruna çevirmək üçün atılan növbəti bir addımdır”. İlkin mərhələdə Bakcell öz müştərilərinə BlackBerry®Curve™8900 və BlackBerry® Bold™ 9000 smartfonlarını və onların vasitəsilə Blackberry®Enterprise Server və Blackberry®Internet Service xidmətlərini təklif edir.Bakcell müştəriləri istədikləri vaxt, istədikləri məlumatı almaq üçün və istədikləri insanla ünsiyyət saxlamaq üçün BlackBerry® smartfonlarından istifadə edə bilərlər.Mərasim zamanı Bakcell həmçinin, ən dəyərli müştəriləri üçün yeni eksklyuziv “Bakcell Yaqut” klubunu da təqdim etdi. “Bakcell Yaqut” barədə Bakcell-in Baş direktoru bunları deyib:“Bakcell 2 mln. abunəçisinin hər birinə ən yüksək dəyər verir. Lakin “Bakcell Yaqut”u yaratmaqla biz uzun illərdir ki, Bakcell-ə, xüsusilə sadiq olan müştəriləri mükafatlandırmaq istəyirik”. “Bakcell Yaqut”un üzvü olmaqla, şirkətə sadiq müştərilər üçün müxtəlif güzəştlər, o cümlədən yüksək təcrübəyə malik Müştəri xidmətləri agentlərindən ibarət xüsusi komanda tərəfindən xidmət, bütün Bakcell Müştəri mərkəzlərində ən yüksək və üstün xidmət, mobil telefonlarında, hətta, 0 balanc olduğu halda belə danışığı davam etdirmək imkanı ( limitə qədər), bizim partnyor brend-lərdən eksklyuziv və zövqlü təkliflər, pulsuz səyahət və tətil, dəbdəbəli mobil telefonlar və müxtəlif tədbirlərə VİP biletlər və s. qazanma şansı təklif ediləcək.Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.