+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Bakcell Pulsuz Həftəsonları kampaniyasına başlayır
15.12.2009
Bakcell müştərilərə Daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq və onlara rəqiblərdən daha çox dəyər verərək, Cin abunəçiləri üçün Pulsuz Həftəsonları kampaniyasına başlayır. Bu kampaniya çərçivəsində Bakcell müştəriləri bayram ərəfəsində və bayram günləri dostları və ailə üzvləri ilə daha çox danışa biləcəklər.
Dekabrın 14-dən etibarən Bakcell həftəsonu - şənbə və bazar günü şəbəkədaxili zənglərinə endirimlər təklif edir. Bu endirimlər həftəiçi (bazar ertəsi - cümə) günləri danışılan vaxta əsaslanaraq hesablanacaq.
Belə ki, həftəiçi 2900-dan 5500-ə qədər kontur sərf edən Bakcell abunəçisi həftəsonu zənglərə 50% endirim əldə edəcək. Həftəiçi 5500-dən çox kontur sərf edən abunəçi isə istirahət günlərində 100% pulsuz danışmaq imkanı əldə edəcək. Bakcell-in Mənim Ərazim xidmətini aktivləşdirən abunəçiləri 2900-dən 5500-ə qədər kontur sərf etmiş olsalar, o zaman onlar şəbəkədaxili zənglərə (25%+50%) birgə endirim əldə edəcəklər. Bu abunəçilər 5500-dən daha çox kontur sərf etdikləri halda, həftəsonları pulsuz danışa biləcəklər. Pulsuz Həftə sonları kampaniyası 2010-cu il yanvarın 2-nə kimi davam edəcək.
Bu il Bakcell şəbəkəsini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bu ilin təkcə oktyabr və noyabr aylarında 200 minə yaxın yeni müştəri Bakcell-ə qoşulub və bununla da şirkətin aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.