download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell KSM üzrə yeni proqramı rəsmən işə salıb: hər bir uşaq-ulduzdur!
    23.07.2009

    Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) üzrə fəaliyyəti çərçivəsində yeni proqrama rəsmən start verib. Bakcell öz xeyriyyə fəaliyyətini Azərbaycanın uşaqlarına yönəldəcək. Bakcell təşkilatlara yardım edəcək və əlavə qayğıya ehtiyacı olan uşaqlara kömək göstərmək məqsədi daşıyan layihələri gerçəkləşdirəcək. Öz yeni proqramı çərçivəsində Bakcell uşaqlarla işləyən ən tanınmış xeyriyyə təşkilatlarından biri olan “SOS Children’s Villages-Azerbaijan”la saziş imzalayıb. Bu təşkilat ölkə ərazisində uşaqların yaşayıb tərbiyyə alan bir neçə ixtisaslaşdırılmış “kənd” yaradıb. SOS uşaq kəndləri – yetim uşaqların və valideyn himayəsiz qalan uşaqların uzunmüddətli tərbiyyəsinin ailə formasıdır. Bakcell və SOS Children’s Villages-Azerbaijan arasında sazişin imzalanması mərasimi Bakının SOS kəndində keçirilib. Mərasimdə çıxış edən Bakcell-in baş direktoru İneke Botter bunları deyib: «Bizim düşünülmüş və dəqiq KSM-strategiyamız var. Biz pərakəndə və təsadüfi xeyriyyə layihələrlə məşğul olmuruq. Əminik ki, uşaqlarımız bizim gələcəyimizdir. Məhz buna görə də Bakcell Azərbaycanın uşaqlarına öz potensialını və istedadını nümayiş etdirməyə kömək göstərəcək». İneke Botter həmçinin yeni KSM-proqramının rəsmi atributunu - onun loqotipi və adını - «Bakcell Stars»ı təqdim edib. Bakcell SOS Bakı kəndində yaşayan uşaqlardan ibarət xorun yaradılmasında yardım göstərmək niyyətindədir. Bu məqsədlə Bakcell uşaqlar üçün vokal incəsənət dərslərini təşkil edəcək. Gələcəkdə Bakcell-in təşkilində iştirak edəcəyi müxtəlif tədbirlərdə yaradılan xorun çıxışı gözlənilir. Mərasimdə iştirak edən “SOS Children’s Villages-Azerbaijan”ın rəhbəri Fərqanə Məmmədova bunu bildirib: «Biz sevinirik ki, gördüyümüz iş Bakcell şirkətinin KSM-strategiyasının ruhuna və ümumiyyətlə Bakcell-in baxışına uyğundur». Fərqanə Məmmədovanın sözlərinə görə, o, öz xarici həmkarlarından İneke Botterin dünyanın digər bölgələrində də SOS-kəndlərinə dəstək göstərdiyini öyrənib. Tədbir zamanı SOS kəndindən olan uşaqlar Azərbaycanın milli rəqslərini nümayiş etdiriblər və şerlər oxuyublar. İneke Botter SOS kəndində olan ailələrin birinə baş çəkib, uşaqlar və onların ögey valideynləri ilə söhbətləşib.