+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Bakcell Qubada yeni BakcellIM açdı
18.05.2010
Bakcell müştərilərinə Daha Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Quba şəhərində, Azərbaycan prospekti/A. Qarayev küçəsində yeni BakcellIM Satış və müştəri xidmətləri Mərkəzini istifadəyə verib. Yeni BakcellIM mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.
Bu, şirkətin son 12 ay ərzində regionlarda açdığı sayсa yeddinci BakcellIM mərkəzidir. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki, Quba, Xaçmaz və Mingəçevirdə Bakcell-in Müştəri Xidmətləri və Satış mərkəzləri fəaliyyət göstərir. 2010-cu ilin sonuna kimi Bakcell ümumilikdə 17 BakcellIM mərkəzini açmağı planlaşdırır. Onlardan 12-si ölkənin bölgələrində, 5-i isə Bakıda yerləşəсək.
Son 1 il ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.