download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzi açıb
    22.05.2009

    Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan Baksell Ltd MMC şirkəti ölkənin ən iri sənaye mərkəzi hesab olunan Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzi açıb.Sumqayıtın ən prestijli yerlərindən birində - Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən Müştəri Xidmətləri Mərkəzinin açılışında Baksell-in baş direktoru xanım İneke Botter, onun dəvəti ilə Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Akif Quliyev,  icra hakimiyyətinin nümayəndələri və şəhərdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.Baksell-in baş direktoru xanım İneke Botter tədbirdə çıxış edib. "Baksell-in fəlsəfəsi bizim müştərilərimizə daha yaxın olmağımızdır və bu mərkəzi açmaqla bu gün biz Sumqayıt sakinlərinə daha da yaxınlaşdıq" – deyə baş direktor bildirib. O həmçinin qeyd edib ki, Baksell şirkəti yerli sakinlərə yeni iş yerləri təklif etməklə həm də şəhərin iqtisadiyyatına öz töhfəsini verir. Cənab Akif Quliyev isə Sumqayıt sakinlərinə yüksək keyfiyyətli xidmətlər və məhsullar təqdim etməkdə şirkətə uğurlar arzulayıb."Şəhərin 60-cı ildönümü olduğundan bu il bizim üçün xüsusi əhəmiyyət daşıyır, ancaq Baksell-in Sumqayıta gəlişi bu ilin xüsusiliyini daha da artırdı” – deyə bələdiyyə təmsilçisi bildirib.  İlkin mərhələdə yeni Müştəri Xidmətləri Mərkəzində 20 nəfərdən ibarət peşəkar heyət fəaliyyət göstərəcək. Mərkəzdə Baksell müştərilərinə, o cümlədən Cin, Klass və Gold müştərilərinə şirkətin xidmətlərinin tam çeşidi göstəriləcək. Xatırladaq ki, ölkənin ilk mobil rabitə operatoru olan Baksel Ltd MMC şirkəti bir neçə gün öncə Azərbaycanın inkişaf edən mobil rabitə bazarında qabaqcıl mövqeyini möhkəmlədəcək brend dəyişikliyini elan edib.Yeni brend azərbaycanlıların milli qürurunu, müştərilərə qayğını və mütərəqqi mövqeyini əsas tutur. Brend dəyişikliyi kampaniyası əsnasında Baksell-in şəbəkəsinin inkişafı və genişləndirilməsi üçün iri sərmayələr qoyulub, yeni texnologiyalar tətbiq edilib, müştəri xidmətləri isə əsaslı şəkildə  inkişaf edib. Bütün bunlar Baksell-i ölkənin ən dinamik templərlə inkişaf edən operatoruna çevirməyə xidmət edir. Baksel Ltd MMC ölkə iqtisadiyyatına genişmiqyaslı investisiyalar qoymaqla, Azərbaycan bazarında ən iri investorlardan biri kimi mövqe tutur.