Bakcell şirkəti öz abunəçiləri üçün bu günlərdə Norveçin paytaxtı Oslo şəhərində keçirilən Avroviziya müsabiqəsi ilə bağlı xoş bir hədiyyə hazırlamışdır. Bakcell abunəçiləri nəinki Avropanın ən yaxşı ifaçılarının yarışmasını seyr edə, həmçinin sevdikləri ifaçıların mahnılarını telefonlarına zəng səsləri, tam treklər və video çarxlar kimi yükləyə biləcəklər. Bundan əlavə, Bakcell abunəçiləri sevimli ifaçının və ya qrupun şəklini yükləyərək telefonun ekranına yerləşdirə biləcəklər.
Bu məqsədlə, Bakcell şirkəti Azərbaycanın telekommunikasiya bazarında ilkə dəfə olaraq USSD portalının bazasında olan məlumat və əyləncə portalını kommersiya istismarına buraxmışdır. İndi hər bir Bakcell abunəçisi tarif planı və telefonunun modelindən asılı olmayaraq *200 nömrəsinə zəng edə bilər və bu zaman onun mobil telefonunda interaktiv menyu yaranacaq. Bu menyunun köməyilə, həmin abunəçi xidmətlər və kontent kataloquna, o cümlədən Avroviziya 2010 yarışmasının kontentinə çıxış imkanı əldə edəcək. Menyu üzrə naviqasiya tam pulsuz həyata keçirilir – Siz yalnız xoşunuza gəlmiş kontentin sifarişi üçün pul ödəyirsiniz.
Bakcell abunəçiləri həm də SMS səsvermədə iştirak edəcəklər. Bu səsvermə yarışmanın 28 və 30 may tarixlərində keçiriləcək ikinci yarımfinalı və finalı zamanı Bakcell abunəçiləri üçün açıq olacaq – məhz Sizin səsiniz həlledici ola bilər.
Bakcell öz abunəçilərinə televiziya şousunu zövqlə seyr etməyi və yüklənmiş kontentdən xoş əhval-ruhiyə almağı, Azərbaycanın təmsilçisi Safura Əlizadəyə isə yarışmada qələbə qazanmağı arzu edir.